"Zirə"nin daha bir futbolçusu Afrikaya çağırıldı

00:32 9 Noyabr 2019

"Zirə"nin daha bir əcnəbi futbolçusu milli komandasına dəvət alıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klub "Facebook" səhifəsi vasitəsilə yayıb.

 

Bu dəfə yarımmüdafiəçi Robin Nqalande Malavi yığmasına çağırılıb. O, Cənubi Sudan və Uqandaya qarşı keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat oyunlarında iştirak edə biləcək. Malavi noyabrın 13-də Cənubi Sudan, 19-da isə Uqanda ilə qarşılaşacaq.

 

Qeyd edək ki, dünən "Zirə"nin digər legioner futbolçusu Mfo Kqasvane Botsvana yığmasına çağırılıb.


Xəbər xətti