“Milan”dan türk futbolçu üçün 40 milyon avro

Sportarena.az      9 Noyabr 2018, 01:21

"Milan” Türkiyə millisinin "Yuventus”da forma geyinən futbolçusu Merih Dəmiralı almaq fikrində israrlı görünür.

 

Sportarena.az xəbər verir ki, transfer pəncərəsinin bağlanmasına az qalmış Merih için 35 milyon avroluq rəsmi təklif edən, ancaq bu təklifi qəbul olunmayan "Milan” yanvarda "Yuventus”a bir daha üz tutmaq fikdirndədir.

 

Mateo Musaççio, Mattia Kaldara və Leo Duarte ilə müdafiədə problemlər yaşayan, heç cür ideal müdafiə sistemi hazırlaya bilməyən "Milan” Merih Dəmiralın "Yuventus”dan transfer edilməsi üçün bu dəfə 40 milyon avro təklif edəcək.

 

Giorgio Çyellini və Mattis de Liqtin zədələrinə baxmayaraq, "Yuventus"un baş məşqçisi Mauritsio Sarrinin ilk 11-lik"də üstünlük vermədiyi və Turin təmsilçisi ilə cəmi bir oyuna çıxan Merihin də müntəzəm oynaya bilmək üçün "Milan”dan gələn təklifə isti yanaşdığı deyilir, ancaq "Yuve” prezidenti Aqnellinin "Merihi satmaq istəməməsi” transfer üçün ən böyük maneə olaraq göstərilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin