İrqçiliyə görə əsəbləşdi, ağladı, meydandan qovuldu - VİDEO

Sportarena.az      12 Noyabr 2018, 13:15

Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilən "Dinamo" - "Şaxtyor" matçında meydan sahibinin azarkeşləri irqçi şüarlar səsləndirib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın 74-cü dəqiqəsində Donetsk klubunun futbolçusu Tayson hisslərini cilovlaya bilməyib. Braziliyalı yarımmüdafiəçi ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara sərt təpki verib. 31 yaşlı futbolçu qaydanı pozduğu epizoddan dərhal sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara tərəf vurub.

 

O, bu hətəkətinə görə qırmızı vərəqə alıb. Tayson göz yaşları içində meydanı tərk edib.

 

Qeyd edək ki, oyun "Şaxtyor"un 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin