Eddi İsrafilovun yerinə Elvin Camalov millidə

Sportarena.az      12 Noyabr 2018, 13:36

İspaniyanın "Albasete" klubundan Azərbaycan millisinə dəvət olunmuş Eddi Silvestr Paskual İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, milliləşdirilmiş futbolçunun əvəzinə millinin heyətinə "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov çağırılıb.Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

 

Məsələ ilə bağlı AFFA FIFA-ya müvafiq qaydada məlumat verib.İsrafilov millinin noyabrın 19-u səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin