Emil Balayev mövsümün rəmzi komandasında

12:07 13 Noyabr 2019

Sports.kz saytı Qazaxıstan Premyer Liqasında mövsümün rəmzi heyətini hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, jurnalistlər arasında keçirilən sorğuya əsasən, "Tobol"da çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev də simvolik heyətə daxil edilib. 25 yaşlı qolkiper "Astana"nın qapıçısı Nenad Eriçi qabaqlayıb.

 

Rəmzi komandanın baş məşqçisi "Astana"nı çempion edən Roman Qriqorçukdur.



Xəbər xətti