Lüksemburqlu nazirdən maraqlı açıqlama - “UEFA polisi məlumatlandırmayıb”

Sportarena.az      13 Noyabr 2018, 12:22

Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavab olaraq araşdırma aparıldığını deyib.Onun açıqlaması isə diqqət çəkib. Nazir bildirib ki, Lüksemburq polisinin oktyabrın 3-də “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmayıb. Onlar qarşılaşmanı dinc azarkeşlərin izləyəcəyini gözləyiblər: “Üstəlik, matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək çağrıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi”.

 

Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini bildirib.

 

Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində stadionun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilmiş və oyun bir neçə dəqiqəlik dayandırılmışdı. Lüksemburqun idman naziri Dan Kerşin üzr istəməsindən sonra komandalar meydana qayıtmış və mübarizə davam etdirilmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin