Azərbaycan - Uels matçının hakim təyinatları açıqlandı

15:05 13 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının hakim təyinatları bəllidi.
 

Sportarena.az xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.Dəniz Aytəkin matçın baş hakimi olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti