UEFA “Qarabağ”a 781 min avro köçürdü

Sportarena.az      15 Noyabr 2018, 09:16

“Qarabağ”ın Avropa Liqasındakı çıxışa görə qazandığı məbləğ klubun hesabına köçürülüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.Bildirilir ki, ağdamlılar Avropa Liqasının qrup mərhələsində çıxışına görə (1 qələbə üçün 570 min avro, 1 heç-heçəyə görə 190 min avro) və Azərbaycan Premyer Liqasının  2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

 

Qeyd edək ki, A qrupunda yer alan "Qarabağ" V tur çərçivəsində noyabrın 28-də səfərdə "Sevilya" ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin