AÇ-2020: Fransa, İngiltərə və Çexiya final mərhələsinə vəsiqə qazandı

Sportarena.az      15 Noyabr 2018, 09:29

AÇ-2020-nin seçmə mərhələsində IX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, A, B və H qruplarında 7 matç baş tutub.H qrupunda qərarlaşan Türkiyə millisi İslandiyanı qəbul edib. “Ay-ulduzlu” yığma məğlub olmamaqla, final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qrupun digər oyununda Moldovanı məğlub edən Fransa da adını final mərhələsinə yazdırıb.
 

A qrupunda qərarlaşan İngiltərə yığması da Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupun digər görüşündə Kosovonu məğlub edən Çexiya millisi də final mərhələsinə yüksəlib.


 

AÇ-2020
Seçmə mərhələ, IX tur
 
A qrupu

 

İngiltərə - Monteneqro - 7:0

Qollar: Aleks-Oksleyd Çemberleyn, 11, Harri Keyn, 18, 24, 37, Markus Reşford, 30, Aleksandar Şofranats, 66 (avtoqol), Temmi Abraham, 84


Çexiya – Kosovo - 2:1
Qollar: Aleks Kral, 71, Ondrey Çelustka, 79 - Arte Nuhiu, 50

 

B qrupu
 
Serbiya – Lüksemburq - 3:2

Qollar: Aleksandar Mitroviç, 11, 43, Nemanya Radonyiç, 70 - Jerson Rodriqes, 54, David Turpel, 75

 

Portuqaliya – Litva - 6:0

Qollar: Kriştiano Ronaldo, 7, 22, 65, Pitsi, 52, Qonsalu Pasyensiya, 56, Bernardu Silva, 63

 

H qrupu
 
Türkiyə - İslandiya - 0:0

 

Fransa – Moldova - 2:1

Qollar: Rafael Varan, 35, Olivye Jiru, 79  (pen.) - Vadim Ratsa, 9

 

Albaniya – Andorra - 2:2

Qollar: Bekim Balay, 6, Rey Manay, 55 - Kristian Martines, 18, 48

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin