Azərbaycanlı tərcüməçi mətbuat konfransından çıxarıldı - Beyli tanımayıb

Sportarena.az      15 Noyabr 2018, 16:51

Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin Azərbaycan millisi ilə oyun öncəsi keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, niderlandlı UEFA nümayəndəsi Mark Bos azərbaycanlı xanım tərcüməçini tədbirdən kənarlaşdırıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

 

Xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub. Həmçinin, tərcüməçinin Uelsin ulduz futbolçusu Beyli tanımaması qonaq federasiya rəsmisini özündən çıxarıb. Bundan sonra AFFA öz tərcüməçisini mətbuat konfransına göndərməli olub.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin