Nikola Yurçeviç: “Bunun bizim üçün təhlükəli olacağını bilirdik”

Sportarena.az      17 Noyabr 2018, 00:36

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasına evdə 0:2 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ilk olaraq oyun haqda danışıb:

- İlk öncə rəqibi tərbik edirəm. Layiqli qələbə qazandı. Uels yığması daha yaxşı komanda idi. Yenə standart vəziyyətdən qol buraxdıq. Bunun bizim üçün təhlükəli olacağını bilirdik, ancaq bu dəfə də işimizin öhdəsindən gələ bilmədik. Bizdə matçlarda adətən bu qədər künc zərbələri olmur. Ancaq 10-12 belə vəziyyət oldu ki, heç birindən yararlana bilmədik. Son ötürmənin olmaması üzündən hücumlarımız çox da kəsərli olmurdu. Əmin deyiləm, ancaq köməkçilərimin və komandanın texniki heyətinin dediyinə görə, ilk hissədəki epizodda penalti var idi. Rəqib futbolçu açıq əllə oynamışdı. Penalti olsaydı, bəlkə oyunun gedişatı fərqli olardı. Rəqib daha təcrübəli, keyfiyyətli komandadır. Bizdə isə əsas heyət üzvlərindən 3 nəfər yox idi. Onlar olsaydı, yəqin oyunumuz daha yaxşı ola bilərdi. Ancaq bunlar alınmadı. 

- Cəmi 1 xalımız var. Son matçımız səfərdə Slovakiya ilədir. Sizcə, hazırkı nəticə Azərbaycan futbolunun potensialına uyğundurmu? 

- Bütün rəqiblərimzi keyfiyyət baxımından bizdən yaxşı idi. Ancaq bu, o demək deyil ki, biz yaxşı komanda deyilik. Sadəcə, digər yığmalar daha yaxşı idi. Başqa matçlarda xallar toplaya bilərdik. Məsələn, Macarıstanda 1 xal əlimizdən alındı. Daha çox xal yığmağımız mümkün idi. Rəqibin futbolçuları daha yüksək səviyyəli çempionatlarda çıxış edir. Həlledici səhvlərimiz üzündən çox xal itkisinə yol verdik. Sözsüz ki, nəticə baxımından durum yaxşı deyil. Ancaq Slovakiya ilə matçda da nəticə üçün vuruşacağıq. Hesab edirəm ki, gənc futbolçularımızın təcrübəsinin artması sarıdan bu tsikl faydalı oldu.

- AFFA rəhbərliyi matçdan sonra komandayla görüşdümü? Görüşdüsə, nə söhbət oldu?

- Matçdan sonra AFFA rəsmilərindən hələ heç kimlə görüşməmişik.

- Rəqiblərin güclü olması onsuz da hamıya bəllidir. Əcnəbi baş məşqçi də buna görə dəvət olunur. Ümumi analiz edərək Slovakiya ilə matçdan sonra millimizdə fəaliyyətinizi davam etdirmək istəyi ilə bağlı rəhbərliyə müraciət edəcəksiniz, yoxsa...?

- 1 xaldan məndən də razı deyiləm. 5-10 il üçün potensiallı futbolçuları cəlb etməyə çalışdıq. Nəticə üçün 2-3 xüsusi keyfiyyətli futbolçu çatmırdı. Mənim durumum baxımından hər hansı bir şey demək üçün uyğun vaxt deyil. AFFA ilə müqaviləm fevraladəkdir. Seçmə tsikl bitəndən sonra müzakirə üçün uzun vaxtımız olacaq. Özüm də, ailəm də Bakını, Azərbaycanı sevirik. Futbolçuların bu vaxtadək davranışından da razıyam. Bundan sonra daha yaxşı olmaq şansımız var. Millətlər Liqasında və növbəti seçmə mərhələdə daha yaxşı nəticələr qazanmaq mümkündür. Qalanının necə olacağını zaman göstərəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin