“Sabah” futbol akademiyasına seçimlər başlayır

01:20 17 Noyabr 2019

“Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayır.

 

Sportarena.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olacaq. Akademiyanın rəsmi sponsoru “maxi.az”la tərəfdaşlıq çərçivəsində məşqçi heyəti noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonunda seleksiya xarakterli məşqlər keçəcəklər.

 

Seçimlər aşağıda göstərilən məkanlarda və saatda, 2001, 2002, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər arasında keçiriləcək:

 

 

27 noyabr, saat 10:00
Salyan Olimpiya Kompleksinin stadionu.

 

28 noyabr, saat 10:00
İmişli Olimpiya Kompleksinin stadionu.

 

29 noyabr, saat 10:00
Saatlı Olimpiya Kompleksinin stadionu.

 

Ətraflı məlumat üçün:
Salyan (055) 760 31 35
İmişli (050) 394 56 87
Saatlı (050) 589 43 41

 

“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda da davam edəcək.

 

Futbol küçədə doğulur!


Digər xəbərlər

Xəbər xətti