Azərbaycan yığmasında növbəti itki

18:18 17 Noyabr 2019

Azərbaycan milli komandasının üzvü Maksim Medvedev zədəli olduğu üçün Avro-2020-nin seçmə mərhələsində noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdən çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

 

Qeyd edək ki, Almaniyanın “Proyssen” klubunun üzvü Rüfət Dadaşov noyabrın 14-də keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb. 


Digər xəbərlər

Xəbər xətti