Azərbaycan millisi Avropanın ən zəifləri arasında

Sportarena.az      17 Noyabr 2018, 19:50

AÇ-2020-nin seçmə mərhələsində 9-cu turun oyunları başa çatıb.

 

Sportarena.az xəbər verir ki, E qrupunda qərarlaşan Azərbaycan millisi 7-ci oyununda Uelsi qəbul etdi və 0:2 hesabı ilə uduzdu. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan 6 millidən biridir.

 

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır. Andorra, Moldova, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar Azərbaycandan daha yaxşı göstəricilərə malikdir.

 

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 16 top buraxıb.

 

Azərbaycan yığmasının son oyunu səfərdə Slovakiyaya qarşı olacaq.

 

Azərbaycan - 1 xal, 5:16

Litva - 1 xal, 5:25

Estoniya - 1 xal, 2:21

Cəbəllütariq - 0 xal, 2:25

Latviya - 0 xal, 2:28

San Marino - 0 xal, 1:46.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin