27:0 hesablı qələbə qazanan baş məşqçi istefaya göndərildi

Sportarena.az      18 Noyabr 2018, 00:09

İtaliyanın yeniyetmə futbolçularının çempionatında maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “İnviktasauro” komandası “Marina Kalço” ilə oyunda 27:0 hesablı qələbəyə sevinib. Oyundan sonra isə “İnviktasauro” komandasının baş məşqçisi Massimiliano Riççi istefaya göndərilib. Məsələylə bağlı açıqlama verən klub prezidenti Paolo Brogelli, bunun səbəbinin rəqib komandaya hörmətsizlik olduğunu bildirib:

 

“Gənclər komandamızın rəqib üzərində 27:0 hesabı ilə qalib gəldiyini eşidəndə, təəccübləndik. Bu hadisəyə görə dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə ziddir. Rəqibə hər zaman hörmət etmək lazımdır, amma bu oyunda bu, baş vermədi. Rəqib komandadan üzr istəyirəm. Klub rəhbərliyi olaraq, yekdilliklə baş məşqçi Riççini istefaya göndərmək qərarına gəldik. Baş məşqçilərdən gəncləri təkcə məşq etdirmək deyil, həm də onları tərbiyə etmək tələb olunur. Bu tələbin qarşılığını bu oyunda görə bilmədik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin