UEFA AÇ-2020-nin səbətlərini açıqladı

10:34 21 Noyabr 2019

AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanan komandalar səbətlərə bölünüb.

 

Sportarena.az xəbər verir ki, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək tədbirə 20 milli və Millətlər Liqasının pley-off mərhələsinin 4 qalibi qatılacaq. Pley-offdan gələcək komandalar 4-cü səbətdə yer alacaq.Meydan sahibi olan iştirakçıların qrupları bilinir. Bu, bəzi rəqiblərin müəyyənləşməsinə də səbəb olub. Rusiya ilə Danimarkanın B qrupunda yer alacağı dəqiqdir.

 

 

AÇ-2020

Səbətlər

1-ci səbət

Belçika (B qrupu)
İtaliya (A qrupu)
İngiltərə (D qrupu)
Almaniya (F qrupu)
İspaniya (E qrupu)
Ukrayna (C qrupu)

2-ci səbət

Fransa
Polşa
İsveçrə
Xorvatiya
Hollandiya (C qrupu)
Rusiya (B qrupu)

3-cü səbət

Portuqaliya
Türkiyə
Danimarka (B qrupu)
Avstriya
İsveç
Çexiya

4-cü səbət

Uels
Finlandiya
A yolunda pley-offun qalibi
B yolunda pley-offun qalibi (E qrupu)
C yolunda pley-offun qalibi (D qrupu)
D yolunda pley-offun qalibi


Xəbər xətti