Yığmanın azarkeş antirekordu

Sportarena.az      25 Noyabr 2018, 13:15

AVRO-2020-nin seçmə mərhələsi Azərbaycan yığması üçün təkcə nəticə ilə deyil, həm də tamaşaçı sayında antirekordla əlamətdar olub.

 

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, tsiklin 4 ev oyununu cəmi 36422 tamaşaçı izləyib.Ən yüksək göstərici Macarıstanla qarşılaşmada qeydə alınıb. Həmin görüş 10 min 450 tamaşaçı seyr edib.

 

Bu da başadüşüləndir. Yeni tsikl azarkeşlərdə yeni ümidlər yaradıb. Üstəlik, səfərdə Xorvatiyaya yaxşı müqavimət göstərən komandaya müəyyən ümidlər yaranmışdı. Bütün bunlar da azarkeş sayında əksini tapmışdı.

 

Hərçənd bəzi mənbələrdə bu göstərici də fərqli ifadə olunub. Görüşü hətta 7500 nəfərin izlədiyi də əksini tapıb.Amma sonradan məğlubiyyətlər sıralandıqca komandaya inam, ümid də azalıb. Bu da azarkeşlərin sayında əks olunub. Slovakiya ilə qarşılaşmada 8200, Xorvatiya ilə dueldə 9150, Uelslə matçda 8622 tamaşaçı yığmanın matçında olub. 

 

Amma son görüşdə 1000-dən çox böyük britaniyalının arenada olması, elə digər oyunda da Avropadan gələnlərin yer aldığı diqqətdən yayınmamalıdır.Lakin istənilən halda seçmə mərhələnin ev oyunlarındakı orta tamaşaçı sayı 9106-ya bərabər olub. Bu, milli komandanın Azərbaycanda oynadığı dövr üçün mütləq antirekorddur.

 

Rəqibləri Türkiyənin Trabzon şəhərində qəbul etdiyimiz AVRO-1996-nı nəzərə almasaq, heç bir turnirdə yığma belə az tamaşaçı toplamayıb. İlk dəfə orta göstərici 4 rəqəmli ədədlə ifadə olunur. Çünki  heç vaxt 10000-dən aşağı düşməyib.

 

Təbii ki, görüşlərin daha az tutuma malik “Bakcell Arena”da keçirilməsini bəhanə göstərmək olar. Amma bu da azarkeşlərin problemi deyil. Fanatlar da ardıcıl uğursuzluqlardan bezərək yığmanın oyunlarına əvvəlki kimi gəlir.

 

Yoxsa ki, 15 min tamaşaçı tutumuna malik arenada təxminən 60 faiz dolması heç də müsbət hal deyil.

 

Millinin təxminən iki dəfə kiçik “Şəfa”da (indiki “ASK Arena”) oynadığı vaxtlarda da, tsiklin bir neçə görüşünü başqa arenaya salmaqla daha yüksək göstəriciyə nail olmaq mümkün olub. Amma bu dəfə AFFA ölkənin 1 nömrəli arenası Tofiq Bəhramov adına Respublika stadionu və ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionuna ehtiyac duymayıb.

 

Qeyd edək ki, millinin mütləq rekordu DÇ-2010-un seçmə mərhələsində qeydə alınıb. Həmin vaxt orta tamaşaçı sayı 22 min 546-ya bərabər olub.

 

Turnir

oyun

orta tamaşaçı

AVRO-1996

5

3800

DÇ-1998

4

18500

AVRO-2000

5

15500

DÇ-2002

5

14620

AVRO-2004

4

11875

DÇ-2006

5

12600

AVRO-2008

6

17667

DÇ-2010

5

22546

AVRO-2012

5

16480

DÇ-2014

5

15012

AVRO-2016

5

18680

DÇ-2018

5

18036

ML-2019

3

16118

AVRO-2020

4

9106

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin