“Sevilya” “Qarabağ”la oyunöncəsi kapitanını itirdi

14:00 25 Noyabr 2019

İspaniyanın “Sevilya” klubu ciddi itki ilə üzləşib. 

 

Sportarena.az xəbər verir ki, Əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la öyunöncəsi Xesus Navası itirib. Komandanın 34 yaşlı kapitanının La Liqanın XVI turunun “Valyadolid”lə (1:0) matçında zədələndiyi bildirilir. Sol ayağında ağrılar hiss edən Navas görüşün 89-cu dəqiqəsində əvəzlənib. Onun durumuna bu gün aydınlıq gələcək. 

 

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” qarşılaşması noyabrın 28-də baş tutacaq. (apasport)


Digər xəbərlər

Xəbər xətti