Bundesliqa tarixində ilk

Sportarena.az      26 Noyabr 2018, 10:03

“Maynts” Almaniya Bundesliqasının 12-ci turunda səfərdə “Hoffenhaym”ı məğlub edib. 

 

Sportarena.az xəbər verir ki, 5:1 hesabıyla bitən görüşdə “Maynts” yerli çempionat tarixində bir ilki bacarıb. 

 

Belə ki, “Maynts” qarşılaşmanın 45+2-ci dəqiqəsində Ridla Bakunun qırmızı vərəqə almasına baxmayaraq, ikinci hissədə 4 qol vurub. “Maynts” Bundesliqa tarixində səfər matçında azlıqda olmasına baxmayaraq, 4 qol vuran ilk komanda olub.

 

Ev oyunlarındakı rekord isə “Ayntraxt”a aiddir. Frankfurt təmsilçisi 2000-ci ildə doğma meydanında azlıqda qaldıqdan sonra “Hanza”ya 4 qol vuraraq, qalib gəlmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin