“Qarabağ”ın və “Keşlə”nin futbolçusuna 3 oyunluq cəza

Sportarena.az      26 Noyabr 2018, 13:30

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

 

“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüşün 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 

“Sabah”la oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in müdafiəçisi Adil Nağıyev 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

 

"Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin