"Sabah"ın yeni baş məşqçisi kollektivə təqdim edildi - FOTOLAR

19:40 26 Noyabr 2019

"Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç bu gün futbolçulara təqdim edilib. 

 

Sportarena.az xəbər verir ki, "Bank Respublika Arena”da baş tutan görüşdə yeni baş məşqçi ilə yanaşı, onun köməkçisi Marko Lozo da futbolçularla tanış olub.

 

Xatırladaq ki, Sopiçlə 1,5 illik müqavilə bağlanıb. "Sabah” xorvatiyalı mütəxəssisin rəhbərliyi altında ilk oyununu "Qarabağ”a qarşı keçirəcək. Görüş dekabrın 2-də, saat 20:00-da "Bank Respublika Arena”da baş tutacaq.



Xəbər xətti