"Qarabağ"da zədəlilərin son durumu bəlli oldu

Sportarena.az      27 Noyabr 2018, 18:22

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, İspaniya klubu ilə oyun öncəsi komandada zədəlilərin durumu müəyyənləşib. Vacib matçdan öncə Mahir Emreli və Dani Kintana tam hazırdı. Maksim Medvedevin durumu isə qeyri-müəyyəndi. Onun meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Həkimlərin rəyi müsbət olsa, Maksim meydana çıx biləcək.

 

Yeganə itki Filip Ozobiçdi. Ağır zədədən qayıdan xorvatiyalı yarımmüdafiəçi məşqlərə başlasa da, hələ oynamağa hazır deyil.

 

Sabah "Ramon Santes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin