Çempionlar Liqasında həftənin oyunçusu açıqlandı

10:03 30 Noyabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Bavariya”nın hücumçusu Robert Levandovski  seçilib. O, Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romero Lukakunu (“İnter”) qabaqlayıb.


 
Qeyd edək ki, polşalı forvard son turda “Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti