Teymur Rəcəbovun səhhətində problem yarandı, yarışdan imtina etdi

11:09 30 Noyabr 2019

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İsrailin Yerusəlim şəhərində keçiriləcək “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumat FIDE-nin rəsmi saytında qeyd olunub. Bildirilir ki, T.Rəcəbov səhhətində yaranan problemlərə görə “Grand Prix 2019”un 4-cü mərhələsində iştirak etməkdən imtina edib.

 

Qeyd edək ki, "Grand Prix 2019" seriyasının Yerusəlim mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mübarizə aparacaq.


Xəbər xətti