“Bakıda - öz meydanımızda oynayacağıq” - Şenol Günəş

Sportarena.az      1 Dekabr 2018, 00:06

AÇ-2020-nin qrup mərhələsində Uels, İsveçrə və İtaliyaya rəqib olan Türkiyə millisinin baş məşqçisi Şenol Günəş püşkü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, 66 ayşlı mütəxəssis komandasının iki oyununun Bakıda keçiriləcəyinə sevinib:

 

“Biz də oyunlarımızın Azərbaycanda olmasını istəyirdik. Bakıda - öz meydanımızda oynayacağımızı düşünürük. Buna görə sevindik, qrupda yalnız Romaya uzun səfərimiz var. Qrup mərhələsində iştirak etmək çox önəmli idi. Avropanın ən güclüləri burdadır. İnşallah, qrupdan çıxıb, daha gözəl günlər görərik. İsveçrənin baş məşqçisi Vladimir Petkoviç daha öncə “Samsunspor”u çalışdırıb. Türkiyə futboluna yaxşı bələddir. Rayan Giqqz isə Böyük Britaniyadan kənara çıxmayan bir mütəxəssisdir. Uels qrupa 4-cü səbətdən düşüb. Açılış matçında Türkiyə futbolunun fəlsəfəsini göstərmək üçün şansımız olacaq. Gənc komanda, yüksələn bir dəyərik. Turnirin final mərhələsində oynamaq çox önəmli idi. Bu komandaya sahib olsaq, inşallah, ən yaxşısını edərik. Qrupdakı komandalar bir-birini tanıyır. Özümüzə və rəqiblərimizə sürpriz edə bilən komandayıq. İtaliya seçmə mərhələdə 10 oyunda qalib gəldi. İnşallah, ilk məğlubiyyəti bizdən alarlar”.

 

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək. İyunun 13-də Uels - İsveçrə, 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Turnirin açılış oyunu olan İtaliya - Türkiyə matçı isə iyunun 12-də Romada oynanılacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin