Ramil Şeydayev yenə kənarda qaldı

09:09 2 Dekabr 2019

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.Sözügedən kollektiv səfərdə paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Futbolçumuzun komandası derbidən qələbə ilə ayrılıb - 2:1.

 

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Dinamo” 18 turdan sonra 24 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti