"Barselona"nın ulduzundan etiraf: "Avaralıq edirdim"

Sportarena.az      2 Dekabr 2018, 11:04

"Barselona"nın futbolçusu Cerard Pike maraqlı etiraflar edib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu "Mançester Yunayted"də oynadığı vaxtlar çox avaralıq etdiyini bildirib.

 

"Mançesterdə olduğum zaman çox avaralıq etdim. Bir neçə dəfə polis idarəsinə düşdüm. Bu barədə çox danışmasam yaxşıdı, həmin vaxtlar gənc idim. Ağlım başımda deyildi" deyə Pike qeyd edib.

 

"Barselona"lı futbolçu həmin vaxt "Mançester Yunayted"in baş məşqçisi olan Ser Aleks Ferqyussonla aralarında baş verənlərdən də danışıb: "Ser Aleksdən kirayəyə ev götürmüşdüm. Həmin vaxt dovşan saxlayırdım. Evi darmadağın etdmişdi, stolların üzünü cırmışdı. Evdən çıxandan sonra Ser Aleks zəng elədi. Mənə çox hirslənmişdi".

 

Pike Ferqyussonla bağlı başqa bir xatirəsini də danışıb: "Yeni ilə 2-3 gün qalmışdı. Bütün oyunçular yığılıb bir əyləncə gecəsi təşkil etdik. Möhtəşəm idi. Məşqdən sonra maşınlarımızı orda qoyub, kirayəyə avtobus götürdük. Qumarxanaya getdik. Səhəri gün Ser Aleks paltardəyişmə otağında bizi gözləyirdi. Çox sərt şəkildə danladı. Aliminyumdan bir stol var idi. Onu təpik vurdu və hər iki ayağını əzdi. Həmin gündən sonra Yeni il əyləncəsi təşkil olunmadı".

 

Qeyd edək ki, Pike 17 yaşında - 2004-cü ildə "Barselona"dan "Mançester Yunayted"ə gedib. 2008-ci ildə isə Kataloniya klubu onu 5 milyon avroya geri qaytarıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin