“Bakıya səfər bəhanə olmamalıdır” - Vladimir Petkoviç

13:13 2 Dekabr 2019

“Bakı-Roma-Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağa ehtiyac yoxdu. Bakıya səfər heç nəyə bəhanə olmamalıdı”.

 

Sportarena.az xəbər verir ki, bunu İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç deyib.56 yaşlı mütəxəssis “Blick” nəşrinə açıqlamasında AVRO-2020-də İtaliya, Türkiyə və Uelslə qərarlaşdıqları A qrupunu dəyərləndirib.

 

Petkoviç İtaliyanı qrupun favoriti hesab edir: “Güclü rəqiblərin qərarlaşdığı maraqlı qrupa düşmüşük. Ancaq biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz də budu. İtaliya, şübhəsiz ki, qrupun favoritdi. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparar”.

 

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İsveçrəlilər həmin ayın 21-də paytaxtımızda Türkiyə ilə qarşılaşacaq.


Xəbər xətti