Qurban Qurbanov: "Komandada psixoloji gərginlik var"

08:35 3 Dekabr 2019

Azərbaycan Premyer Liqasında XIII turun "Sabah" - "Qarabağ" (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransına qatılan qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis komandada psixoloji gərginliyin olduğunu söyləyib:

 

"Çox vacib qələbə idi. İstədiyimiz oyunu göstərməsək də, bu, bir az da mümkün deyildi. Eyni şey hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi. "Sevilya" ilə oyundan sonra komandada vəziyyət normaldır. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq".


Digər xəbərlər

Xəbər xətti