Messi 6-cı dəfə "Qızıl top"u qazandı

09:11 3 Dekabr 2019

"France Football" nəşrinin sorğusuna əsasən, 2019-cu ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi səsvermədə qalib olub. 32 yaşlı hücumçu 6-cı dəfə "Qızıl top"u qazanıb. "Liverpul"un müdafiəçisi Vircil van Deyk 2-ci, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo 3-cü olub.

 

“Yuventus”un niderlandlı müdafiəçisi Matteys de Liqt ən yaxşı gənc futbolçu seçilib.

 

"Liverpul"un braziliyalı futbolçusu Alisson Beker ən yaxşı qapıçı adına layi görülüb.


Digər xəbərlər

Xəbər xətti