Türkiyə kuboku: “Fənərbağça”dan darmadağın

10:20 4 Dekabr 2019

Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə beş görüş baş tutub. “Yeni Malatyaspor” doğma meydanda “Keçiörengücü”nü, “Alanyaspor” “Adanaspor”u, “Fənərbağça” isə “İstanbulspor”u məğlub edib. “Göztəpə” və “Sivasspor” isə səfərdə müvafiq olaraq “Karagümrük” və “Erokspor”dan üstün olub.

 

Cavab görüşləri dekabrın 17, 18 və 19-da baş tutacaq.

 

 

Türkiyə kuboku
5-ci mərhələ
3 dekabr

"Karagümrük" – "Göztəpə" - 1:2
Yeni Malatyaspor – Keçiörengücü" - 3:1
"Alanyaspor" – "Adanaspor" - 5:1
"Erokspor" – "Sivasspor" - 0:2
"Fənərbağça" – "İstanbulspor" - 4:0


Digər xəbərlər

Xəbər xətti