Luka Modriç: “Qızıl top”u Messiyə verməkdən qürur duyuram”

16:50 5 Dekabr 2019

“Real”ın futbolçusu Luka Modriç Lionel Messinin “Qızıl top”u qazanmasına münasibətini bildirib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, Kriştiano Ronaldonun mükafatlandırma mərasimində iştirak etməməsi haqda da danışıb:

 

“Qızıl top”u Messiyə verməkdən qürur duyuram. O, həqiqətən buna layiq idi. Biz düşmən deyilik, sadəcə, meydanda rəqibik. Ronaldonun yoxluğu haqda heç nə deyə bilmərəm. Özüm haqda danışıram və burda olmaqdan çox şadam. Futbol qarşılıqlı hörmətdir. Qalib olmasaz belə, rəqibə hörmət etmək üçün burda olmalısız”.


Digər xəbərlər

Xəbər xətti