AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

Sportarena.az      6 Dekabr 2018, 18:54

Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyində duran əsas mövzu millinin baş məşqçisi Nikola Yurçeviçin hesabatı və "Qəbələ" klubunun maddi durumu ilə bağlı vəziyyətin müzakirəsidir.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1.Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

3.Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

6. Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi

9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

10. “Elit Məşq” kitabı ilə bağlı məlumat

11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə

13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin