Qarabağ qaziləri meydanda - FOTOLAR

15:37 7 Dekabr 2019

Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.

 

Sportarena.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  ilk matçda  "Qarabağ"la "Sumqayıt"  qarşılaşıb.  Abşeron İdman Olimpiya Kompleksinin stadionunda keçirilən görüşdə "Sumqayıt" son dəqiqələrində vurduğu qolla qalib gəlib.

 

Çempionatda 4 komanda Qərb bölgəsini - Gəncə və Tovuzu  təmsil edir. 4 komanda isə Bakı və Sumqayıtda formalaşıb.

 

"Qarabağ” komandasının ən yaşlı üzvü Rasim Ələkbərov çempionat keçirildiyi üçün gənclərin amputa futboluna maraq göstərəcəyinə inandığını bildirib: "Məqsədimiz vətənə səngərdə xidmət etdiyimiz kimi burda da xidmət etməkdir. İstəyirik ki, 2020-ci ildəki Avropa çempionatına yollanaq. Hələlik komandaların üzvlərinin sayı azdır. İstəyirik ki, çoxalsın, əlil gəncləri dəvət edirəm, bizə qoşulsunlar. Mən bu yaşlı vaxtımda bacarıramsa, onlar da bacararlar. Hər kəsə qapımız açıqdır”.

 

"Sumqayıt”ın kapitanı Çingiz Məmmədov da çempionatın təşkilinə sevindiklərini bildirib: "Biz bunun təşkil olunması üçün əlimizdən gələni etdik. 1 ildir ki, amputa futbolu oynayırdıq. Lakin çempionat yox idi. Artıq liqa da var və biz sevinirik. Daha yaxşı olması üçün əlimizdən gələni edəcəyik. Məşqlər də edirik, formalarımız da düzələcək. Getdikcə daha yaxşı çempionat keçirəcəyik”.



Digər xəbərlər

Xəbər xətti