“Sabah”ın gələcək planları haqda təqdimat - FOTOLAR

17:00 7 Dekabr 2019

"Sabah” təcrübə proqramı ilə bağlı Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimat keçirilib. 

 

Sportarena.az xəbər verir ki, "Sabah” Futbol Akademiyasının koordinatoru Adino Mustedanaqiç təcrübə proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

 

Təqdimat zamanı sözügedən proqramın gənclərin inkişafında oynadığı roldan, həmçinin "Sabah”ın gələcək planlarından bəhs edilib. Bir müddət öncə "Sabah” Futbol Klubunun Akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramına start verib.

 

Təcrübə proqramında iştirak edənlər dünyanın ən məşhur futbol akademiyalarından olan "Dinamo Zaqreb”in metodologiyasına yiyələnə, peşəkar futbol mütəxəssisi ola bilərlər.

 

2 il müddət üçün nəzərdə tutulmuş təcrübə proqramına 18-28 yaşlı gənclər iştirak edir. Namizədlərin ingilis dili biliyinin olması vacibdir. Təcrübə proqramı könüllülük əsasında həyata keçirilir. Könüllülərin nəqliyyat xərcləri akademiya tərəfindən qarşılanır.



Digər xəbərlər

Xəbər xətti