Mustafa Dənizli “Traktor Sazi”dən getdi

18:30 7 Dekabr 2019

İranın “Traktor Sazi” klubu baş məşqçi Mustafa Dənizli ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, klub Dənizli ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Belə ki, türkiyəli mütəxəssisin istədiyi transferlərin edilməməsi və adaptasiya problemi yaşanması onun klubdan ayrılması səbəbi kimi göstərilsə də, Dənizli açıqlamasında bunu təkzib edib.

 

O, baş məşqçilikdən psixoloji durumu və səhhətindəki problemlər səbəbindən getdiyini bildirib:

 

“İranda zəlzələ olmuşdu. Günlərlə maşında qaldığımız vaxtlar oldu. Xalq də təşviş içində idi. Qorxu hissi psixoloji vəziyyətimə təsir göstərdi. Bu qərarın uğursuzluqla hər hansı əlaqəsi yoxdur. Getmək istədiyimi 1 ay qabaqcadan bildirmişdim və bu gün nəticə oldu”.

 

“Traktor Sazi” sosial şəbəkədə paylaşım edərək “Gülə-gülə Mustafa Dənizli. Çəkdiyin əziyyət üçün təşəkkürlər” yazıb.

 

Qeyd edək ki, M.Dənizli daha əvvəl Türkiyə millisinin, həmçinin Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi olub. O, İranda "Persepolis" və "PAS Tehran" komandalarına da rəhbərlik edib. Dənizli bu ilin iyununda “Traktor Sazi”yə baş məşqçi təyin olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti