Dmitri Nazarov oynadı, komandası uduzdu

01:46 8 Dekabr 2019

Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları davam edir.


 
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Hannover”lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.Start heyətdə meydana çıxan Nazarov 85-ci dəqiqədə əvəzlənib.

 
Qeyd edək ki,  23 xalı olan Aue təmsilçisi  18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.


Xəbər xətti