"Real" La Liqanı tərk edir?

Sportarena.az      8 Dekabr 2018, 03:39

"Real" İspaniya La Liqasını tərk etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə İngiltərənin məşhur "The Sun" nəşri çıxış edib.

 

İddia olunur ki, "Kral Klubu" yaradılması gündəmdə olan Avropa Super Liqasında mübarizə aparmaq niyyətindədi. Məlumata görə, "Real"ın prezidenti Florentino Peres FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə Peres qeyd edib ki, İngiltərədən də olan, ümumən 20 klubun iştirakı ilə özlərinin yeni liqasını yaradatmaq fikrindədilər.

 

Bu arada UEFA prezidenti Aleksandr Çeferin Florentino Peresin Avropa Super Liqası keçirməklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. UEFA prezidenti "New York Times” nəşrinə açıqlamasında Peresin fikrini ağlasığmaz adlandırıb:

 

"Bu ağlasığmaz plan haqqında oxudum. Bu məlumatlara inansaq, fikir yalnız bir klubun prezidenti və bir futbol liderinə məxsusdu. Daha eqoist bir sxem təsəvvür etmək çətindi. Aydındı ki, bu, bütün dünyada futbolun məhvinə səbəb olacaq. Həm oyunçular üçün, həm azarkeşlər, həm də oyunla əlaqəli olan hər kəs üçün. Və bunun hamısı da azsayda olan insanların xeyrinə olacaq. Xoşbəxtlikdən, futbol dünyasında belə bir dəli fikrin gerçəkləşməsinin qarşısını almaq üçün kifayət qədər sağlam düşünənlər var”.

 

Qeyd edək ki, Peresin fikrinə görə, Super Liqa Avropanın 5 çempionatından çıxan 20 klubun təmsil olunduğu iki diviziondan ibarət olacaq. O, yalnız İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarını nəzərdə tutub. Super Liqaya daxil olan komandalar öz ölkələrinin çempionatlarında iştirak etməyəcəklər. Turnirdə divizonlar arasında yüksəlmə və enmə olacaq. (fanat.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin