Bolqar qapıçı karyerasını Azərbaycanda davam etdirə bilər

10:44 9 Dekabr 2019

Sofiyanın “Slaviya”  klubunun qapıçısı Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Bildirlir ki, 31 yaşlı qolkiper Azərbaycan, Qazaxıstan və Ermənistan klublarından təklif alıb.

 

“Slaviya”nın Bolqarıstan millisinin qapıçısının qışda satmasının mümkünlüyü vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti