"Neftçi" II dövrənin ən yaxşısı oldu

Sportarena.az      9 Dekabr 2019 , 11:00

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ilk yarısı başa çatıb. Klublar 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər. II dövrənin 7 turunda 28 matç baş tutub.


Sportarena.az xəbər verir ki, bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.

 

Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.

 

I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin