Əliyar Ağayev elit kateqoriyalı hakimlərin seminarında

11:27 9 Dekabr 2019

Azərbaycanlı hakim Əliyar Ağayev İsraildə elit kateqoriyalı FİFA referiləri üçün seminarda iştirak edəcək.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir UEFA-nın İstedad və Mentor proqramı çərçivəsində keçiriləcək.

 

Seminar gələn il yanvarın 16-da və 17-də olacaq.


Digər xəbərlər

Xəbər xətti