Ramil Əhməd üçqat dünya çempionu oldu - FOTOLAR

16:20 9 Dekabr 2019

Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə WRPF versiyası üzrə dünya çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, yığma komandanın üzvləri bu yarışda tam heyətlə çıxış ediblər. İdmançılarımız 11 medal – 7 qızıl və 4 gümüş qazanıblar.Onların arasında təcrübəli idmançı Ramil Əhmədd də olub. İdmançımız 90 kq çəki dərəcəsində çıxış edərək gücünü növbəti dəfə göstərə bilib. O, bu çəkidə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Bununla da o, 3 qat dünya çempionu adını əldə etməyi bacarıb.



Digər xəbərlər

Xəbər xətti