Uelslilər Bakıya gəlmək üçün çarter reysləri bron ediblər

11:17 10 Dekabr 2019

AÇ-2020-nin Bakıda keçiriləcək oyunları üçün Uelsdən Bakıya çarter reysləri təşkil olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyu Perton “Business Airport” portalına bildirib.

 

Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasından sonra çoxlu sifariş alıblar: “Püşkatmadan bəri telefonlarımız susmur. Əsasən də futbol federasiyaları və azarkeşlər tərəfindən zənglər olur. Aralarında 4 günlük fərq olacaq matçlara yetişmək üçün uzaq məsafə qət etmək lazımdır. Kardiffdən Bakıya qədər 2500 mil (4000 km) məsafə var. Romadan Azərbaycanın paytaxtına isə məsafə 2000 mil (3200 km) təşkil edir. Biz artıq qarşıdakı pley-off görüşləri üçün çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün isə artıq 40 çarter reysi bron edilib”.

 

Avro-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

 

Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti