APOEL Tomas Dollu istefaya göndərdi

11:38 10 Dekabr 2019

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz qərar verilib.

 

Sportarena.az xəbər verir ki, Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Bu barədə klubun saytı məlumat yayıb.Alman mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya tapşırılıb.

 

Cənubi Kipr mətbuatının məlumatına görə, komandanın ölkə çempionatının sonuncu turunda "Olimpiakos"a 0:2 hesablı uduzmasından sonra bu qərar verilib.

 

Qeyd edək ki, Tomas Doll Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçi təyin olunub. Onun gəlişindən sonra APOEL "Qarabağ"ı turnirdə mübarizədən kənarlaşdırıb. Tomas Dollun rəhbərliyi altında Cənubi Kipr klubu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda heç-heçə edib (2:2), evdə qələbə qazanıb (2:1). Kiprlilər turnirin 1/16 final mərhələsinə vəsiqə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti