"Mən adlara önəm verən deyiləm" - "Sabah"ın baş məşqçisi

Sportarena.az      10 Dekabr 2019 , 18:45

"Sabah"ın baş məşqçisi Jelko Sopiç İTV-də yayımlanan "Bol idman" verilişinin qonağı olub.



Sportarena.az xəbər verir ki, komandasının çıxışından, qış hazırlıq planından danışan xorvatiyalı mütəxəssis maraqlı fikirlər səsləndirib:

 

"Premyer Liqada fevrala qədər vaxtımız olacaq. Amma mən vaxt amilini qabardan məşqçilərdən deyiləm. Futbolçularla necə işləyəcəyimi bilirəm. Əsas odur ki, komandanı irəliyə aparmaq üçün planlarımız məlumdur.Birləşmiş Ərəb Əmirliklərində klublar çempionata ulduz futbolçular cəlb etmək üçün böyük pullar xərcləyirlər. Bu baxımdan orada futbolun səviyyəsi Azərbaycandakı ilə müqayisədə yüksək ola bilər. Mən adlara önəm verən məşqçi deyiləm. Əsas oynamaqdır. Mənim futbol fəlsəfəmdə ilk sırada ad yox, meydanda mübarizə aparmaq dayanır".

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin