“Stadionumuzun dolu olmasını istəyirəm” - Qurban Qurbanov

Sportarena.az      11 Dekabr 2019 , 14:50

“Son oyunumuzdu. Hiss olunur ki, maraq azdır”. 

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah “Düdelanj” qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Oyuna ciddi hazırlaşırıq. İstəyirik, yaxşı hazırlaşaq və turniri qələbə ilə başa vuraq”.

 

- Komandanı oyuna hazırlamaq çətindi?

- Mən azarkeşləri nəzərdə tuturdum. Komandanı hazırlamaq hər zaman çətindi. Tanıdığımız rəqibdi. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

 

- Marağın az olmasının sizə nə dərəcədə təsiri olub?

- Bilirik ki, hər oyun ciddidi. Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.

 

- İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?

- Belə deməzdim. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdı. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər.

 

- Lüksemburqdakı qələbə sizin üçün üstünlükdümü?

- Üstünlük öz meydanımızda oynamağımızdı. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin