AFFA baş məşqçini 5 oyunluq cəzalandırdı

Sportarena.az      11 Dekabr 2019 , 17:22

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.



Sportarena.az xəbər verir ki, toplantıda I Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

MOİK – “Neftçi-2” matçının 77-ci dəqiqəsində “Neftçi-2”-nin futbolçusu Seymur Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Keşlə-2” – “Qaradağ Lökbatan” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Sahil Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Zirə-2” matçının 90+2-ci dəqiqəsində “Zirə-2”-nin futbolçusu Raul Musayev birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Ağsu” – “Zaqatala” matçının 40-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Məhəmməd Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Sabah-2” – “Qarabağ-2” matçında “Qarabağ-2”-ninn 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Sumqayıt-2” – “Səbail-2” matçı “Səbail-2” klubuna görə 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin