“Qarabağ”ın şikayəti təmin edildi

Sportarena.az      12 Dekabr 2019 , 11:20

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda “Qarabağ” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.Belə ki, AFFA İntizam Komitəsi Premyer Liqanın XII turunun “Sumqayıt”la qarşılaşmasında aqressiv davranışa yol verən “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimliyə 3 oyunluq cəza vermişdi. Onun cəzası 2 matça endirilib.

 

Ancaq futzal üzrə Birinci Liqada keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzalandırılan “Baku Fans”ın üzvü Eldost Paşayevlə bağlı qərar qüvvədə saxlanılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin