Çempionlar Liqasında 1/8 finalın püşkatmasının vaxtı açıqlandı

15:51 12 Dekabr 2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 16-da keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

 

Püşk zamanı komandalar iki səbətə bölünəcək: 

 

Səpələnmişlər: Barselona (İspaniya, F qrupu), Bavariya (Almaniya, B qrupu), Yuventus (İtaliya, D qrupu), Leypsiq (Almaniya, G qrupu), Liverpul (İngiltərə, E qrupu), Mançester Siti (İngiltərə, C qrupu), PSJ (Fransa, A qrupu), Valensiya (İspaniya, H qrupu).

 

Səpələnməmişlər: Atalanta (İtaliya, C qrupu), Atletiko (İspaniya, D qrupu), Çelsi (İngiltərə, H qrupu), Borussiya (Dortmund, Almaniya, F qrupu), Lion (Fransa, G qrupu), Napoli (İtaliya, E qrupu), Real (İspaniya, A qrupu), Tottenhem (İngiltərə, B qrupu).

 

"Səpələnmişlər" səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

 

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq. 

 

Qeyd edək ki, dekabrın 16-da, Bakı vaxtı ilə saat 16.30-da Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.


Xəbər xətti