Millimizin sabiq futbolçusu həbs edildi

17:42 12 Dekabr 2019

2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.

 

Sportarena.az xəbər verir ki, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat yoxdu. 

 

Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı. (Sportinfo)


Digər xəbərlər

Xəbər xətti